525.Az

Efiopiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib


 

Efiopiyanın Baş naziri Azərbaycana<b style="color:red"> rəsmi səfərə gəlib</b>

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli fevralın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

525.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

 





26.02.2026    çap et  çap et