Dağıstanda 9-cu mərtəbədən yıxılan uşaq sağ qalıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bədbəxt hadisə Mahaçqalada baş verib.
Onun ölməməsinə səbəb binanın həyətindəki ağac olub. Belə ki, ağacın üzərinə düşən 11 yaşlı oğlanın yerə çırpılmasına budaqlar mane olub.
Qeyd edək ki, uşaq təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Onun şəxsiyyəti və hazırki vəziyyəti barədə məlumat verilmir.
L.Tağıyeva
çap et