525.Az

Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi


 

Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi<b style="color:red"></b>

Rusiya ilə Ukrayna arasında münaqişədə həlak olan hərbçilərin cəsəd mübadiləsi olub.

525.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski sosial media hesabında açıqlama yayıb.

“1000 əsgərin cəsədi Ukraynaya, 35 əsgərin cəsədi isə Rusiyaya qaytarılıb”, - deyə Medinski bildirib.

Ukrayna Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Mərkəzi də 1000 əsgərin qalıqlarını qəbul etdiklərini və onların şəxsiyyətinin müəyyən edilməsi üçün iş aparılacağını açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl yanvarın 29-da Putinin müşaviri İstanbul razılaşmalarına əsasən 1000 əsgərin cəsədinin Ukraynaya verildiyini, 38 əsgərin qalıqlarının isə Rusiyaya qaytarıldığını bəyan etmişdi.

İbrahim Cəfərov

 





27.02.2026    çap et  çap et