Dünən axşam saatlarında Akmolinsk vilayətinin Şuçinsk şəhərindəki kafelərin birində güclü partlayış baş verib.
525.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, partlayışın ardınca kafedə yanğın başlayıb.
5 dəqiqə sonra hadisə yerinə gələn Fövqəladə Hallar Departamentinin əməkdaşları məkandan 8 qaz balonunu və 10-dan çox insanı çıxara biliblər.
20 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. 6 nəfər həyatını itirib.
Qeyd edək ki, yanğın qısa zamanda söndürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
L.Tağıyeva
çap et