525.Az

Süni intellektin imkanlarından biz istifadə edə bilərik və etməliyik - Millət vəkili


 

Süni intellektin imkanlarından biz istifadə edə bilərik və etməliyik - <b style="color:red">Millət vəkili </b>

«Süni intellekt bir tərəfdən yaxşıdır, prosesə töhfə verir. Süni intellektin imkanlarından biz istifadə edə bilərik və etməliyik. Amma düşünürəm ki, bu ağıllı və düşünülmüş bir formada olmalıdır. Süni intellektdən doğru istifadə edərsinizsə, sizin xeyrinizə işləyəcək, amma siz ondan doğru istifadə etmirsinizsə, bu sizin əleyhinizə işləyəcək”.

Bu fikri 525.az-a millət vəkili Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, şagirdlərə süni intellektlə bağlı alətlər verməmişdən öncə onlara bu alətlərdən doğru-düzgün istifadəni öyrətməliyik:

“İlk olaraq biz düşünməliyik ki, onlar bu alətlərdən necə istifadə etsinlər. Əks halda gələcəkdə bizi belə bir nəsil gözləyəcək; düşünmə, təhlil etmək, araşdırmaq həvəsi, istəyi, qabiliyyəti olmayan bir nəsil. Yəni şəxs bütün məsələlərdə süni intellektdən istifadə edir, amma təhlil, düşünmək, analiz qabiliyyətini itirir. Ona görə burada mən düşünürəm ki, müəyyən alətlər ola, istifadə edilə bilər, amma öncə şagirdlərə və müəllimlərə məlumat verməliyik ki, onlar bundan düzgün istifadə edə bilsinlər. Məlumat vermədən bu prosesi etmək çətindir və gələcəkdə müəyyən problemləri də yarada bilər".

Sevinc Qarayeva 

 

 





27.02.2026    çap et  çap et