525.Az

Fevral ayının bütün sosial ödənişləri yekunlaşdırılıb


 

Fevral ayının bütün sosial ödənişləri yekunlaşdırılıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib.

 





27.02.2026    çap et  çap et