525.Az

Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 70 faizi tamamlanıb


 

Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 70 faizi tamamlanıb<b style="color:red"></b>

Zəngəzur dəhlizinə gedən yol olan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85 %, tikintisi isə 70 % həcmdə tamamlanıb.

Bu barədə 525.az-a "Azərbaycxan Dəmir Yolları" QSC-dən məlumat verilib.

"Bu dəmir yolu azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyəyə qədər uzanacaq yeni nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq", - məlumatda vurğulanıb.

 

 





27.02.2026    çap et  çap et