Ukrayna və Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) vasitəçiliyi ilə Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər.
525.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi “X” hesabında bildirib.
“MAQATE-nin vasitəçiliyi ilə daha bir lokal atəşkəs qüvvəyə minib, bu da Zaporojye Atom Elektrik Stansiyası üçün 330 kV-luq Ferrosplavnaya-1 ehtiyat elektrik xəttinin bərpasına imkan verəcək. Təmir qruplarının təhlükəsiz girişini təmin etmək üçün minalardan təmizləmə işləri davam edir", - Qrossi bildirib.
Bundan əvvəl MAQATE Zaporojye Atom Elektrik Stansiyası ərazisində müvəqqəti atəşkəs təklifi ilə Ukrayna və Rusiyaya müraciət etmişdi.
Pərvanə Sultanova
çap et