Pakistanın cavab tədbirləri nəticəsində ən azı 274 Əfqanıstan hərbçisi həlak olub, 400-dən çoxu yaralanıb.
525.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əhməd Çaudri mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Pakistan ordusu həmçinin Əfqanıstanın 73 nəzarət məntəqəsini məhv edib və daha 18-ni nəzarət altına alıb.
Bundan əlavə, tanklar, zirehli personal daşıyıcıları və artilleriya da daxil olmaqla 115-dən çox hərbi texnikaya ziyan dəyib.
Pərvanə Sultanova
çap et