525.Az

Şamaxıda daha bir zəlzələ olub, dağıntı və xəsarət barədə məlumat daxil olmayıb - YENİLƏNİB-2


 

Şamaxıda daha bir zəlzələ olub, dağıntı və xəsarət barədə məlumat daxil olmayıb -<b style="color:red"> YENİLƏNİB-2</b>

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

525.az-a bu barədə FHN-dən məlumat verilib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.

525.az-a bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.

Yeraltı təkanın dərinliyi 10 km-dir.

***

Şamaxıda 5 bal gücündə zəlzələ olub.

525.az-a bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

***

Azərbaycanda hissedilən zəlzələ olub.

525.az-a bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib.

Yeraltı təkan yerli vaxtla 15:52-də baş verib.

13 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 4,7-dir.

 





27.02.2026    çap et  çap et