525.Az

İrəvanda polis ölən erməni əsgərlərin valideynlərinə zor tətbiq etdi


 

İrəvanda polis ölən erməni əsgərlərin valideynlərinə zor tətbiq etdi<b style="color:red"></b>

Fevralın 11-də İrəvanda polis əməkdaşları Ermənistan Prezidenti Serj Sarkisyanın ofisi qarşısında nümayiş keçirən ölkə ordusunda ölən hərbçilərin valideynlərinə zor tətbiq edib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları noyabrın 27-də S.Sarkisyana göndərilmiş məktubun cavabsız qalmasının səbəbini öyrənmək istəyiblər.

Polislə etirazçılar arasında baş vermiş toqquşma nəticəsində ölən əsgərlərin valideynlərinin səhhəti pisləşib.

Valideynlər polisləri məhkəməyə verəcəklərini bildiriblər.

 





11.02.2015    çap et  çap et