525.Az

Ermənistan Təhlükəsizlik Şurasının iclasında hibrid təhdidlərlə mübarizə müzakirə edilib


 

Ermənistan Təhlükəsizlik Şurasının iclasında hibrid təhdidlərlə mübarizə müzakirə edilib<b style="color:red"></b>

Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.

525.az xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, Ermənistan prezidenti Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan da iştirak ediblər.

İclasda Ermənistan silahlı qüvvələrinin islahat prosesi, ölkəyə qarşı istifadə edilən hibrid təhdidlərlə mübarizə məsələləri müzakirə edilib. Bundan əlavə, sosial şəbəkələr də daxil olmaqla, onlayn platformalarda uşaqların müdafiəsi ilə bağlı mövzu da diqqətdə olub.

Pərvanə Sultanova

 





27.02.2026    çap et  çap et