525.Az

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib


 

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Sevinc Qarayeva 

 





27.02.2026    çap et  çap et