525.Az

Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum oldu


 

Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum oldu<b style="color:red"></b>

Bu gün minifutbol üzrə Avropa çempionatının püşkü atılıb.

525.az xəbər verir ki, mərasim Slovakiyanın paytaxtı Bratislavada keçirilib. 

Püşkatma nəticəsində Azərbaycan millisinin də Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olub.

Püşkatma zamanı birinci səbətdə yer alan Azərbaycan komandası F qrupunda yer alıb. Yığmamız Fransa, İtaliya və Avstriyaya rəqib olub.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.

 





27.02.2026    çap et  çap et