525.Az

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 3 dəfəyə yaxın artıb


 

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 3 dəfəyə yaxın artıb<b style="color:red"></b>

Ötən ay Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 141,9 milyon manatlıq məhsul istehsal edilib.

525.az-a bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,7%, kimya sənayesi məhsullarının istehsalı isə 21,2% azalıb.

Yanvarda kimya sənayesi məhsullarından polietilen istehsalı 21,1%, etilen istehsalı 23,7%, rezin və plastik kütlə məmulatlarından plastmas çubuqlar, millər və profillər 17,6%, polietilendən kisə və çantalar isə 26,6% azalıb.

 





28.02.2026    çap et  çap et