525.Az

Səudiyyə Ərəbistanı İranın qonşu ölkələrə hücumunu pisləyib


 

Səudiyyə Ərəbistanı İranın qonşu ölkələrə hücumunu pisləyib<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Krallığı İranın ərəb ölkələrinə hücumunu kəskin şəkildə qınayır.

525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanatında deyilir.

“Səudiyyə Ərəbistanı İranın təcavüzkar hücumunu, BƏƏ, Bəhreyn, Qətər, Küveyt və İordaniyanın suverenliyini kobud şəkildə pozmasını qəti şəkildə qınayır və pisləyir. Krallıq qardaş ölkələrlə tam həmrəy olduğunu və onlara sarsılmaz dəstəyini bəyan edir, qəbul edəcəkləri istənilən tədbirin həyata keçirilməsində bütün imkanlarla yanlarında olduğunu bildirir. Həmçinin dövlətlərin suverenliyinin və beynəlxalq hüquq prinsiplərinin davamlı şəkildə pozulmasının ağır nəticələri barədə xəbərdarlıq edir”, - bəyanatda vurğulanıb.

Pərvanə Sultanova

 





28.02.2026    çap et  çap et