525.Az

Azərbaycan banklarının xalis xarici aktivləri yanvarda 3 faiz artıb


 

Azərbaycan banklarının xalis xarici aktivləri yanvarda 3 faiz  artıb<b style="color:red"></b>

Bu ilin fevralın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 647,6 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,1 % çox, 2025-ci ilin fevralın 1-nə nisbətən isə 5,9 % azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 538,6 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 10,3 % az, ötən ilin fevralın 1-nə nisbətən 24,9 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 56 milyard 935,8 milyon manat olan 22 bank fəaliyyət göstərir.

 





28.02.2026    çap et  çap et