İran Prezidenti Məsud Pezeşkianın ABŞ və İsrailin birgə hücumu, eləcə də Minab rayonunda yerləşən “Şəcərəyi-Təyyibə” qız məktəbinin vurulması və çoxsayda şagirdib ölməsi ilə bağlı müraciəti yayımlanıb.
525.az xəbər verir ki, Pezeşkian bu əməlin İranın öz tarixi yaddaşından heç vaxt silməyəcəyini bəyan edib.
O bildirib ki, ABŞ və İsrailin mülki obyektlərə qarşı həyata keçirdiyi hücum nəticəsində onlarla məsum şagirdin ölümü İran xalqının, eləcə də dünyanın vicdanlı və azad insanlarının qəlbini dərin kədərə qərq edib.
“Bu vəhşi və insanlıqdan uzaq əməl, bu torpağa qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsində daha bir səhifə olmaqla, xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcəkdir. Mən bu qəddar cinayəti qətiyyətlə pisləməklə yanaşı, baş vermiş ağır müsibət münasibətilə övladlarını itirmiş ailələrə, Minab sakinlərinə, bütün İran millətinə dərin hüznlə başsağlığı verir, onların ağır və dözülməz kədərinə şərik olduğumu bildirirəm”, - Pezeşkian söyləyib.
Qeyd edək ki, bu gün İsrail və ABŞ-nin İrana hücumu fonunda Minab rayonunun qızlar məktəbində ölənlərin sayı 85 nəfərə çatıb.

Pərvanə Sultanova
çap et