“Biz region ölkələrində təhlükəsizlik və sülhə böyük önəm veririk. ABŞ qonşu ölkələrin ərazilərindən İrana qarşı təcavüz məqsədilə sui-istifadə edir. Buna görə də İranın müdafiə tədbirləri region ölkələrinin heç birinə qarşı yönəlməyib, biz onlara dostluq əlimizi uzadırıq”.
525.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi bildirib.
“Novruz bayramına 20 gündən az qalmış, düşmənin şər və təxribatı ilə üz-üzə qaldıq. Bu hücum, sözün həqiqi mənasında, təcavüzkar və terror xarakterli bir əməldir. ABŞ-ın keçmiş təcrübəsi göstərir ki, bu ölkə öz öhdəliklərinə sadiq qalmır və diplomatiyanın əldə etdiyi nəticələri məhv edir. Xarici işlər naziri dəfələrlə vurğulayıb ki, biz tam ayıq-sayıqlıqla və xoş niyyətlə diplomatik prosesə və danışıqlara daxil olmuşuq. Dünən Omanın xarici işlər naziri bildirib ki, texniki baxımdan danışıqlar müsbət mərhələyə çatıb, razılaşma üçün imkan mövcuddur. Bizim vəzifəmiz danışıqlarda iştirak etmək və haqlı tələblərimizi qətiyyətlə izləmək idi”, - XİN rəsmisi deyib.
Əlavə edib ki, diplomatları fəaliyyəti məntiq və beynəlxalq normalar əsasında qurulub. Lakin qarşı tərəf beynəlxalq prinsiplərin hamısını kobud şəkildə pozub.
Pərvanə Sultanova
çap et