525.Az

“İnformasiya manipulyasiyalarına yol verməyin” - MEDİA-dan çağırış


 

“İnformasiya manipulyasiyalarına yol verməyin” -<b style="color:red"> MEDİA-dan çağırış</b>

Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib.

525.az xəbər verir ki, bununla bağlı qurumun yaydığı açıqlamada deyilir:

“Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını müşahidə olunmaqdadır. Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq.

Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik”.

 





01.03.2026    çap et  çap et