525.Az

Danimarka Ukraynanın bu bölgələrindən olan qaçqınlara sığınacaq verməyəcək.


 

Danimarka Ukraynanın bu bölgələrindən olan qaçqınlara sığınacaq verməyəcək.<b style="color:red"></b>

Danimarka höküməti Ukraynanın 14 bölgəsindən olan qaçqınlara sığınacaq verməməyi planlaşdırır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirliyi məlumat yayıb.

Bununla bağlı qanun layihəsi apreldə parlamentin müzakirəsinə çıxarılacaq. Rəsmi Kopenhagen 14 bölgənin təhlükəsiz olması qənaətindədir.

Söhbət Çerkassk, Çernovitsk, İvano-Frankovsk, Xmelnitsk, Kirovoqrad, Lvov,  Poltava, Rovensk, Ternopol, Vinnitsa, Volın,  Zakarpatye, Jitomir və Kiyev (Kiyev şəhəri xaric) vilayətlərindən gedir.

Qeyd edək ki, yeni qanun layihəsində yaş həddi də tətbiq ediləcək. Belə ki, 23-60 yaş arası kişilərə də sığınacaq verilməyəcək. Əlbəttə, əgər hərbi xidmətdən azad olunmaları barədə sənəd tətbiq etməsələr.

L.Tağıyeva

 





02.03.2026    çap et  çap et