Tehranda İran Radio və Televiziya Korporasiyasına (IRİB) hava zərbələri endirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İRİB binasının bəzi hissələrini hədəf alan hücumu aparıcı canlı efirdə elan edib və çoxsaylı kanallarda yayımlar kəsilib.
İran mediası elandan sonra bir çox IRIB kanalının yayımlarının kəsildiyini yazıb. Sosial mediada paylaşılan görüntülərdə televiziya ekranlarında “Siqnal yoxdur” xəbərdarlığı və bir çox kanalda yayımların dayandırıldığı görünüb.
İbrahim Cəfərov
çap et