525.Az

ABŞ-nin Pakistandakı səfirliyi qarşısında etiraz aksiyası - 8 ölü


 

ABŞ-nin Pakistandakı səfirliyi qarşısında etiraz aksiyası - <b style="color:red"> 8 ölü</b>

Ötən gün ABŞ və İsrailin İrana qarşı başlatdığı birgə hücumlar Pakistanda etirazla qarşılanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kəraçi şəhərində böyük bir qrup ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirib. Etirazçıların reaksiyasından sonra səfirliyi qoruyan təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz, dəyənək və su şırnaqlarından istifadə edib. Toqquşmalarda 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Pakistanın Lahor şəhərində də təxminən 5000 nəfər ABŞ və İsrailin birgə hücumlarına etiraz edib. Etirazçılar ABŞ əleyhinə şüarlar səsləndiriblər və əllərində həlak olan İranın dini lideri Ayətullah Əli Xameneinin portretlərini daşıyıblar.

İbrahim Cəfərov

 





02.03.2026    çap et  çap et