525.Az

Hindistanda fabrikdə partlayış - 17 nəfər həlak olub


 

Hindistanda fabrikdə partlayış - <b style="color:red"> 17 nəfər həlak olub</b>

Hindistanın Maharaştra ştatında partlayıcı maddələr olan fabrikdə partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın Baş naziri Devendra Fadnavis “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Naqpur şəhərində fabrikdə baş verən partlayış nəticəsində 17 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

Fadnavis əlavə edib ki, xilasetmə işləri davam edir və hadisə ilə bağlı hərtərəfli araşdırma başlanıb.

Partlayışın səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

İbrahim Cəfərov

 





02.03.2026    çap et  çap et