“İslam bankçılığı son illərdə dünya maliyyə sektorunda geniş yayılmış bir sahə kimi diqqət çəkir. Hal-hazırda İslam bankçılığı sektorunun illik inkişaf tempi, təxminən, 15-20 faiz təşkil edir ki, bu da onu ən sürətlə inkişaf edən bankçılıq növlərindən birinə çevirir”.
Bu fikri 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. O vurğulayıb ki, İslam bankçılığı faizsiz bankçılıq prinsiplərinə əsaslanır. Maliyyə əməliyyatları şəriət qanunlarına uyğun olaraq həyata keçirilir. Bu növ bankçılığın ən önəmli xüsusiyyəti faizin qadağan olunmasıdır:
"İslam bankçılığında birgə investisiya layihələri, ticarət və icarə gəlirləri əsas qazanc mənbələridir. Yəni bank müştəriyə sadəcə pul vermir, onunla biznesə şərik olur".
Sevinc Qarayeva
çap et