525.Az

Əli Əsədov BP-nin vitse-prezidenti ilə perspektivli layihələri müzakirə edib


 

Əli Əsədov BP-nin vitse-prezidenti ilə perspektivli layihələri müzakirə edib<b style="color:red"></b>

Bu gün Baş nazir Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən 525.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə BP arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalıtərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.

BP-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.

 





02.03.2026    çap et  çap et