"İran tərəfindən Hörmüz boğazı bağlanmayıb”.
525.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu mətbuat konfransında deyib.
O bildirib ki, bu boğaz dünyanın əsas iqtisadi keçidlərindən biridir.
“Həmin ərazidən keçən tankerlər üçün müxtəlif qaydalar var.Bu marşrutdan istifadə edən bəzi tankerlər ötən gün qaydaları pozduğu üçün onlara qarşı müvafiq tədbirlər görülüb. İranın mənafeyi tələb edərsə, hərəkətin bağlanması üçün addımlar atıla bilər", - səfir bildirib.
Pərvanə Sultanova
çap et