525.Az

Azərbaycan və Moldova "yaşıl enerji"də yeni əməkdaşlığı müzakirə edib


 

Azərbaycan və Moldova "yaşıl enerji"də yeni əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Azərbaycan və Moldova arasında təbii qaz və bərpa olunan enerji sahəsində yeni əməkdaşlığı müzakirə edib.

525.az xəbər verir ki, bunu nazir Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin iclasları ərəfəsində Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşüb.

Görüşdə təbii qaz və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanları dəyərləndirilib.

 





02.03.2026    çap et  çap et