525.Az

AFFA rəsmisi UEFA-dan təyinat alıb


 

AFFA rəsmisi UEFA-dan təyinat alıb<b style="color:red"></b>

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

525.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA rəsmisi qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun I turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən "Fadil Vokrri" stadionunda təşkil olunacaq.

 





02.03.2026    çap et  çap et