525.Az

"İran ali liderinin ölümünün qisasını alacaq” - Əraqçi 


 

"İran ali liderinin ölümünün qisasını alacaq” - <b style="color:red"> Əraqçi </b>

“İran tammiqyaslı müharibə vəziyyətindədir və ali lider Ayətullah Əli Xameneinin sui-qəsdinə görə ABŞ və İsrailə mütləq cavab verəcək”.

525.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, ali liderin öldürülməsi İsrail və ABŞ tərəfindən beynəlxalq hüququn fundamental prinsiplərinin ciddi şəkildə pozulmasıdır.

XİN başçısı deyib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edir. Diplomat BMT Baş katibini və Təhlükəsizlik Şurasını beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün Nizamnamə öhdəliklərini yerinə yetirməyə, ABŞ və İsraili Xameneinin sui-qəsdinə görə məsuliyyətə cəlb etmək üçün dərhal, konkret və təsirli tədbirlər görməyə çağırıb.

Pərvanə Sultanova

 





02.03.2026    çap et  çap et