525.Az

“BƏƏ müharibəni önləmək üçün çox səylə çalışdı” - Qarqaş


 

“BƏƏ müharibəni önləmək üçün çox səylə çalışdı” -<b style="color:red"> Qarqaş</b>

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu ssenarinin, müharibənin qarşısını almaq üçün çox səylə və səmimi şəkildə çalışdı. Bu, çox uzun müddət ərzində diplomatiyamızın bir hissəsi olub, amerikalılar, iranlılar və hətta israillilərlə müxtəlif söhbətlərdə müharibənin problemi həll etməyəcəyi, irəliləyişin danışıqlar yolu ilə baş verəcəyi bildirilib”.

525.az xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin baş diplomatik müşaviri Ənvər Qarqaş CNN-ə müsahibəsində deyib.

O bildirib ki, İranın nüvə qabiliyyəti, eləcə də raket və regional siyasət nə qədər mürəkkəb məsələlər olsa da, bunun real hərbi həll yolu yoxdur.
“Düşünürəm ki, danışıqlar yolu ilə siyasi həll yolu axtarışları davam edir. Danışıqlar masasına qayıtmağa ehtiyac var, bölgə son on ildə və xüsusən də son iki ildə bir çox müharibələrə şahid olub. Hazırda müşahidə etdiyimiz düşmənçiliklər həllin bir hissəsi deyil və danışıqlar masasına qayıtmaq vacibdir. Bunu deyərkən, eyni zamanda İranın BƏƏ və Körfəz ölkələrinə qarşı təcavüzünü ən sərt şəkildə pisləməliyəm”, - diplomat söyləyib.

Onun sözlərinə görə, İranın gələcək istiqaməti iranlıların qərar verməli olduğu məsələdir. Ona görə də bu barədə fərziyyə irəli sürmək doğru olmaz.
“Bizim vəzifəmiz regionun sabitliyini və təhlükəsizliyini təmin etmək üçün ABŞ və İran kimi qonşularla birlikdə işləməkdir. Aydındır ki, bu dəfə uğursuz olduq. Amma yenə də, dediyim kimi, necə inkişaf edəcəyini tam olaraq anlamadığımız bir müharibənin astanasındayıq. BƏƏ yenə də açıq şəkildə danışıqlara qayıtmağa çağırır. Biz son dərəcə məyusuq və İranın bu vəziyyəti aradan qaldırmaq üçün olduqca çox çalışan qonşuları daxil etməklə münaqişəni genişləndirməsini qınayırıq. Hamımız başa düşürük ki, region hərbi qarşıdurmadan xilas olmalıdır.

Beləliklə, BƏƏ-də biz iki məqama vurğu edirik: birinci, biz həqiqətən də danışıqlara və siyasi prosesə qayıdılmasını istəyirik. Düşünürəm ki, bunun regionun kollektiv baxışı olduğunu görəcəksiniz. Bu, BƏƏ-nin baxışıdır, eyni zamanda regionun kollektiv baxışıdır.

İkinci vurğu BƏƏ-ni qorumaqdır və düşünürəm ki, burada da çətinliklərlə mübarizə aparırıq. Fövqəladə planlarla yaxşı vəziyyətdəyik, hava hücumundan müdafiə sistemlərimiz əla iş görüb. BƏƏ-ni və burada yaşayan hər kəsi qorumağa davam edəcəyik... Bu gün prioritetlərimiz bunlardır. Hesab edirəm ki, hər iki cəbhədə irəliləyirik, amma ətrafımızda baş verən hadisələr böyük bir fırtınadır, biz sakitliyin olmasını istəyirik, regionun həqiqətən başqa bir müharibəyə, daha çox hərbi qarşıdurmaya ehtiyacı yoxdur”, - BƏƏ rəsmisi deyib.

Pərvanə Sultanova

 





02.03.2026    çap et  çap et