525.Az

SOCAR və BP üçüncü ölkələrdə layihələrdə birgə iştirakı nəzərdən keçirib


 

SOCAR və BP üçüncü ölkələrdə layihələrdə birgə iştirakı nəzərdən keçirib<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti arasında üçüncü ölkələrdə müxtəlif layihələrdə birgə iştirak imkanları nəzərdən keçirilib.

525.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşündə aparılıb.

Görüşdə SOCAR ilə BP arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib, birgə icra olunan layihələrin önəmi vurğulanıb. Bu xüsusda, "upstream" layihələri, o cümlədən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) və NAG (Sərbəst Qaz), "Şahdəniz kompressiya", "Qarabağ", "Əşrəfi-Dan Ulduzu-Aypara" (ƏDUA) və "Şəfəq-Asiman" layihələri üzrə görülən işlər müzakirə olunub.

Söhbət zamanı "midstream" və bərpaolunan enerji layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





02.03.2026    çap et  çap et