525.Az

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı 50 faizdən çox artıb


 

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı 50 faizdən çox artıb<b style="color:red"></b>

Ötən ilin IV rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 783 min 31 manat həcmində 3 386 fırıldaqçılıq halı baş verib.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, III rüblə müqayisədə ölkə daxilində fırıldaqçılıq hallarının məbləği 50,45%, sayı isə 51,63% çoxdur.

Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 20,01 % artaraq 370 min 444 manat təşkil edib, fırıldaqçılıq hallarının sayı isə 29,7 % azalaraq 5 439 olub.

 





02.03.2026    çap et  çap et