ABŞ prezidenti Donald Tramp Ağ Evdə İrana hücumla bağlı açıqlamalar verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İranın Yaxın Şərq üçün təhdid olduğunu bildirib.
ABŞ lideriİranın raket imkanlarını məhv edəcəklərini söyləyib:
“Məqsədimiz bəllidir. Qələbə asan olacaq, lakin müharibə 4-5 həftədən çox davam edə bilər. Biz İranın donanmasını da məhv edirik. İndiyədək İranın 10 hərbi gəmisini batırmışıq. İran təkcə bizim üçün deyil, Yaxın Şərq üçün də təhlükədir. İranın raketlərə sahib olmasına imkan verə bilməzdim”.
D.Tramp hücumların nə qədər davam edəcəyi barədə suala belə cavab verib:
“Hazırda zaman baxımından təxminlərimizin önündəyik. Əvvəldən hücumların 4-5 həftə davam edəcəyini təxmin etmişdik. Lakin bu müddət uzana da bilər”.
ABŞ prezidenti İran liderlərini necə hədəf aldıqlarını da açıqlayıb:
"Biz İranın hərbi liderlərini məhv etmək üçün də 4 həftə proqnozlaşdırmışdıq. Ancaq bu təxminən bir saat ərzində həyata keçirildi. Beləliklə, biz qrafiki xeyli qabaqlayırıq".
İbrahim Cəfərov
çap et