525.Az

“İranda rejim dəyişəcək” - ABŞ-nin müdafiə naziri


 

“İranda rejim dəyişəcək” - <b style="color:red"> ABŞ-nin müdafiə naziri</b>

ABŞ-nin müdafiə naziri Pit Heqset İsraillə birgə İrana qarşı keçirdikləri əməliyyatdan danışıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hücumların başlamasına görə məsuliyyət daşımadıqlarını, lakin müharibəni bitirəcəklərini bildirib.

"Bu müharibəni biz başlamamışıq, lakin prezident Trampın dövründə biz onu bitiririk. Əgər siz dünyanın istənilən yerində amerikalıları təhdid etsəniz, üzr istəmədən və tərəddüd etmədən sizi tapıb öldürəcəyik”, - Heqset deyib.

O, İranın hərbi imkanlarını belə dəyərləndirib:

“İran güclü raketlər və pilotsuz təyyarələr, eləcə də öldürücü silahlar istehsal edirdi”.

ABŞ-nin müdafiə naziri təxminən yarım əsrdən sonra hücuma keçdiklərini vurğulayıb:

“İran rejimi ABŞ-a qarşı 47 ildir ki, amansız, birtərəfli müharibə aparır. Təxminən yarım əsr sonra biz hərəkətə keçirik. Biz açıq şəkildə bildiririk ki, "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları səsləndirən rejim ABŞ və İsraildən ölüm hədiyyəsi alıb və biz buna görə üzr istəmirik”.

Heqset açıqlamasında müharibənin mahiyyətinə də toxunub:

"Bu, qondarma rejim dəyişikliyi müharibəsi deyil. Amma deyə bilərəm ki, rejim mütləq dəyişəcək. Tarixin ən ölümcül müharibəsi olan bu müharibə prezident Donald Trampın son sözü ilə sona çatacaq və dünya daha yaşana bilən bir yer olacaq".

O qeyd edib ki, İranın danışıqlar aparmaq şansı olsa da, rəsmi Tehran danışıqlara getmədi:

“Onlar raket ehtiyatlarını artırmaq və nüvə ambisiyalarını yenidən başlatmaq üçün vaxt qazanmağa çalışırdılar. Onların məqsədi bizi girov saxlamaq və qüvvələrimizə hücum etməklə hədələmək idi. Prezident Tramp bu cür oyunlar oynamır”.

İbrahim Cəfərov

 





03.03.2026    çap et  çap et