525.Az

Overçuk: 500-dən çox Rusiya vətəndaşı İrandan Azərbaycana keçmək üçün qeydiyyatdan keçib


 

Overçuk: 500-dən çox Rusiya vətəndaşı İrandan Azərbaycana keçmək üçün qeydiyyatdan keçib<b style="color:red"></b>

Rusiya baş nazirinin müavini Aleksey Overçuk göstərdiyi mehriban münasibətə və rusiyalıların sərhədi keçməsindəki səylərinə görə Azərbaycana təşəkkür edib.

525.az APA-ya istinadən xəbər verir ki, Overçuk Rusiya vətəndaşlarından ibarət birinci qrupun artıq Azərbaycan-İran sərhədini keçdiyini söyləyib.

"50-yə yaxın Rusiya vətəndaşı artıq Azərbaycan ərazisindədir. Ümumilikdə 500-dən çox Rusiya vətəndaşı Azərbaycana keçmək üçün qeydiyyatdan keçib. Azərbaycan tərəfinin vətəndaşlarımıza konstruktiv və mehriban münasibətini qeyd edirik. Biz buna görə minnətdarıq", - Baş nazirin müavini vurğulayıb.

 





02.03.2026    çap et  çap et