İndoneziyanın cənub-qərbindəki Aceh bölgəsindəki Simeulue adasında 6.1 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin Simeulue adasındakı Sinabang şəhərindən təxminən 65 kilometr cənub-şərqdə, okeanda olduğunu bildirib.
Təxminən 26,2 kilometr dərinlikdə baş verən zəlzələ heç bir tələfat və dağıntı ilə nəticələnməyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
İbrahim Cəfərov
çap et