“Cari ilin fevralın 1-nə bankların kredit portfeli 29 milyard 980.1 milyon manat təşkil edib ki, qeyd olunan məbləğ üzrə bölgü belədir: biznes kreditləri - 53.2 faiz (15 milyard 948.9 milyon manat); istehlak kreditləri - 31.4 faiz (9 milyard 425.9 milyon manat), ipoteka kreditləri - 15.4 faiz (4 milyard 605.3 milyon manat). İstehlak ilə ipoteka kreditlərinin birgə payı 46.8 faiz təşkil edir. Ölkənin neft və qaz gəlirlərindən asılılığının davam etdiyi fonda inflyasiya və xarici iqtisadi təsirlərin hər an sürprizlər yarada biləcəyi halda bu qədər kredit yükü sektor üçün böyük şok yaşada bilər. Düzdür, ölkəmizin mövcud maliyyə imkanları hər cür zərbəni dəf etməyə qadirdir və qadir olaraq da qalacaq”.
Bunu 525.az-a istisadçı ekspert Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, ölkənin bank sistemi maliyyə vəziyyətində və inkişafında dayanıqlığa nail olmaq üçün rəqabət amilinə ciddi diqqət yetirilməli və sistem, iqtisadiyyatın real sektoru ilə qarşılı əlaqə və əməkdaşlıq əsasında mövqe nümayiş etdirməli - qiymətləndirilməlidir:
“İstehlak kreditləri və xarici iqtisadi faktorlar heç bir risk amili xarakteri daşımamalıdır”.
Sevinc Qarayeva
çap et