Ölkəmizdə aparılan gənclər siyasəti yeni nəslin müasir bəşəri tələbləriə cavab verən, intellektual imkanlarını daim artıran, eyni zamanda, milli-mənəvi dəyərlərə layiqincə sahib çıxan yetkin vətəndaş kimi formalaşması üçün geniş imkanlar yaradıb. Bu baxımdan, artıq Azərbaycanın hər güşəsində yaşayan, özündə cəmiyyətə fayda verə bilmək qabiliyyəti hiss edən gənclər öz tərəqqipərvər təşəbbüslərini məsləkdaş və həmyaşıdları ilə rellaşdıra bilir və bu işdə dövlət qurumları və ictimaiyyətdən dəstək görürlər.
Yüksək dağlar qoynunda yerləşən Daşkəsəndə bu yaxınlarda təşkil olunan tədbir də yerlərdəki bu cür təşəbbüslərin nümunələrindən biridir.
Belə ki, “Sonsuz baxış” maraqlı adı altında yenicə yaradılmış gənclər təşəbbüs qrupunun üzvləri bu dağlıq rayonunda keçirilən müxtəlif tədbir və könüllülük aksiyalarına qatılmaqla gərəkli işlərə töhfələr vermək niyyətindədirlər.
Bu faydalı təşəbbüslər nəızərə alınaraq, “Şəhərsalma və Memarlıq İli”nə həsr olnmuş tədbirlər çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyəti, YAP Daşkəsən rayon təşkilatı, eləcə də rayonun Heydər Əliyev Mərkəzi, Mədəniyyət, Təhsil, Gənclər və İdman sektorlarının birgə təşkilatçılığı ilə “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun üzvləri olan gənclərlə məlumatlandırıcı görüş keçirilib.
Görüşdə ictimaiyyət, o cümlədən gənclər arasında şəhərsalma və memarlıq sahəsinə marağın artırılması, müasir urbanizasiya prosesləri, milli irsin qorunması, ekologiya, dayanıqlı inkişaf və digər vacib məsələlər üzrə maarifləndirmə işinin gücləndirilməsindən danışılıb.
Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri regionların sosial-iqtisadi inkişafına böyük təkan verir və bu baxımdan, müasir şəhərsalma yalnız infrastrukturun yenilənməsi deyil, həm də ekoloji tarazlığın qorunması, müasir qanunauyğunluqlarla yanaşı, milli estetik mühitin gözlənilməsi və vətəndaşların rahat yaşayışının təmin edilməsidir.
“Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun üzvləri də şəhər mühitinin yaxşılaşdırılması, ictimai məkanların səmərəli təşkili, yaşıllaşdırma və innovativ memarlıq həlləri ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
İnteraktiv formatda keçən görüş zamanı iştirakçı gəncləri maraqlandıran suallar cavablandırılıb, faydalı müzakirələr aparılıb, məlumatlandırıcı bukletlər paylanıb və müvafiq mövzu üzrə videoçarx nümayiş etdirilib.


Zakir Muradov,
Daşkəsən - Gəncə
çap et