525.Az

Xarici vətəndaşların ölkənin tikinti sektoruna vəsait yönəltməsi əlavə tələb formalaşdırır - Ekspert fikri


 

Xarici vətəndaşların ölkənin tikinti sektoruna vəsait yönəltməsi əlavə tələb formalaşdırır - <b style="color:red">Ekspert fikri</b>

“Xaricdə yaşayan vətəndaşların bir çoxu ölkədə özünə əmlak alıb. Onlar nə vaxtsa geri dönmək üçün əvvəlcədən mənzil sahibi olmağa üstünlük verirlər. Bir növ Azərbaycanda ev almaqla özlərini sığortalayırlar. İnvestisiya məqsədli alışlar da kifayət qədərdir”.

Bu fikri iqtisadçı ekspert Rəşad Həsənov 525.az-a söyləyib. Onun dediyinə görə, eyni zamanda müxtəlif səbəblərdən Azərbaycanda yaşayan, işləyən xarici vətəndaşlar da burada mənzil sahibi olurlar:

“Qeyd edim ki, xarici vətəndaşların daşınmaz əmlak bazarına yönəltdiyi vəsaitin illik həcmi təxminən 200-300 milyon manat qiymətləndirilir. Bu məbləğ ümumi bazarın 4-5 faizini təşkil etsə də, tikinti sektoruna və daşınmaz əmlak bazarına xarici investisiya axını baxımından əhəmiyyətlidir. İqtisadçı olaraq mənim də fikrimcə, bu müsbət haldır. Xarici vətəndaşların ölkənin tikinti sektoruna bu qədər vəsait yönəltməsi əlavə tələb formalaşdırır. 

Sevinc Qarayeva 
 

 





03.03.2026    çap et  çap et