525.Az

Fevralda dövlət sərhədində 10,9 milyon manatlıq qaçaqmal tutulub


 

Fevralda dövlət sərhədində 10,9 milyon manatlıq qaçaqmal tutulub<b style="color:red"></b>

Ötən ay Dövlət Sərhəd Xidməti tərəfindən qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 10 milyon 912 min 328 manat оlan qaçaqmal, о cümlədən dərman preparatları, kosmetik vasitələr və tütün məmulatları aşkar olunaraq götürülüb.

525.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 298 kiloqram 299 qram narkоtik vasitə və 2990 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

 





03.03.2026    çap et  çap et