525.Az

Son iki saatda daha 83 nəfər İrandan Azərbaycana təxliyə edilib


 

Son iki saatda daha 83 nəfər İrandan Azərbaycana təxliyə edilib<b style="color:red"></b>

Martın 3-də saat 11:00-13:00 aralığında daha 83 nəfər hərbi əməliyyatların davam etdiyi İrandan Azərbaycana təxliyə olunub.

525.az xəbər verir ki, onlardan 6-sı Azərbaycan, 74-ü Çin, 2-si İran, 1-i isə Türkiyə vətəndaşıdır.

Onların təxliyəsi "Astara" Sərhəd Gömrük-keçid məntəqəsi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, hərbi əməliyyatların başladığı fevralın 28-dən bu gün saat 10:00-a qədər İrandan Azərbaycana 615 nəfər təxliyə olunmuşdu.

 





03.03.2026    çap et  çap et