İran ABŞ-ın Yaxın Şərqdəki gəmilərinə və bazalarına, İsrail ərazisinə və Birləşmiş Ştatların Qətərdəki Əl-Udeyd bazasına raket və dronlardan istifadə edərək bir sıra zərbələr endirib.
525.az xəbər verir ki, bu barədə İranın Silahlı Qüvvələrinin bəyanatında vurğulanıb.
"Bu səhərdən etibarən İran Hərbi Dəniz Qüvvələri bölgədəki düşmən gəmilərinə və bazalarına yer-yer raket zərbələri endirib, ölkənin hər yerindən quru, hava və dəniz qüvvələrindən döyüş dronları isə İsrailin hərbi obyektlərinə və Qətərdəki Əl-Udeyd ABŞ hərbi bazasına zərbələr endirib", - açıqlamada deyilir.
Pərvanə Sultanova
çap et