“İran nüvə silahı hazırlamır, biz ABŞ və İsraili İslam Respublikasına hücumlara dərhal son qoymağa çağırırıq”.
525.az xəbər verir ki, bu barədə Çin xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"İran nüvə silahını inkişaf etdirmək niyyətində olmadığını dəfələrlə təsdiqləyib. Bu yaxınlarda ABŞ ilə ciddi və səmimi danışıqlar aparıb. Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, dialoq və danışıqların tez bir zamanda bərpa olunmasına, nüvə silahının yayılmamasına dair beynəlxalq rejimin saxlanılmasına, Yaxın Şərqdə və bütün dünyada sülhün və sabitliyin qorunmasına çağırırıq", - o deyib.
Çinli diplomat xatırladıb ki, danışıqlar prosesi zamanı ABŞ və İsrail İrana hücum edərək beynəlxalq hüququ pozub və Yaxın Şərqdə gərginliyi artırıb. Onun sözlərinə görə, Pekin İranın nüvə məsələsinin dialoq və danışıqlar, sülh yolu ilə həllini daim müdafiə edir və Tehranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmətlə yanaşır.
Pərvanə Sultanova
çap et