Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Küveyt Silahlı Qüvvələrinin iki əsgərinin vəzifələrini yerinə yetirərkən şəhid olmasına görə Küveyt hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.
525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı XİN-in yaydığı açıqlamada vurğulanıb.
Nazirlik Krallığın bu faciədə Küveytlə tam həmrəy olduğunu təsdiqləyib.
Küveyt ordusu bazar ertəsi günü Körfəz ölkəsinin silahlı qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı iki donanma əsgərinin həlak olduğunu açıqlayıb.
Pərvanə Sultanova
çap et