525.Az

Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlanıb


 

Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlanıb<b style="color:red"></b>

Ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 milyon 281 min 800 manat təşkil edib.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,7% azdır.

2025-ci ildə Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində 6 milyon 945 min 900 manat dəyərində xidmət göstərilib. Bu isə illik müqayisədə 5% azalma deməkdir.

Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 51,8% artaraq 335 min 900 manat olub.

 





03.03.2026    çap et  çap et