525.Az

Sabah bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq


 

Sabah bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq<b style="color:red"></b>

Sabah Sumqayıt şəhəri, Ceyranbatan MTN bağları adlanan ərazidə qaz təchizatında fasilə yaranacaq.

Bu barədə 525.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, ərazidə diametri 89 mm olan yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəzlənməsi ilə əlaqədar olaraq saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində qeyd olunan ərazidə təxminən 1600 istehlakçının qaz təchizatında fasilə yaranacaq.

 





03.03.2026    çap et  çap et