525.Az

İki övladını öldürmək istədi


 

İki övladını öldürmək istədi<b style="color:red"></b>

Rusiyada 41 yaşlı qadın 2 azyaşlı övladını dərmanla zəhərləmək istəyib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Lipetsk vilayətində baş verib.

Qadın 8 yaşlı qızına və 5 yaşlı oğluna dərman həbləri içizdirib, ardınca özü də eynisini təkrarlayaraq intihara cəhd edib. Lakin qonşular onun niyyətindən duyuq düşərək təcili tibbi yardım çağırıblar. Onların hər üçü xəstəxanaya yerləşdirilib. Uşaqlar həkim nəzarətində qalsalar da, ana ambulator müalicəyə buraxılıb. Daha dəqiq, polis tərəfindən saxlanılıb. 

Qeyd edək ki, hazırda Lipetsk şəhər məhkəməsinin qərarı ilə həbsdə olan qadına cinayət işi qaldırılıb.

L.Tağıyeva

 





04.03.2026    çap et  çap et