525.Az

"Bayramqabağı qiymət artımı daha sürətlənib" - Natiq Cəfərli


 

"Bayramqabağı qiymət artımı daha sürətlənib"  - <b style="color:red"> Natiq Cəfərli</b>

“Hazırda əsasən 25–30 adda gündəlik tələbat məhsullarının demək olar ki, hamısında bahalaşma müşahidə olunur. Bu artım təkcə Ramazan ayı ilə əlaqəli deyil”.

Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli söyləyib.

Ekspertin sözlərinə görə, ərzaq məhsullarının qiymətlərinin kəskin artması, insanları çox narahat edir. Bayramqabağı qiymət artımı daha da sürətlənib. Bu da nəticə etibarı ilə insanların sosial vəziyyətinə ciddi təsir göstərir:

“Azərbaycanda topdan satış bazarında oyunçu sayı azdır. Burada inhisarçılıq meyilləri hiss olunur. Pərakəndə satış bazarı daha liberaldır. Yəni çoxlu sayda oyunçu olsa da topdan satış bazarında kifayət qədər problemlər var. Ölkəyə mal gətirən, istehsal edən oyunçu sayı azdır. Bunun nəticəsində də qiymət artımına səbəb olan əsas məsələlərdən birinə çevrilib. Çünki rəqabət olmadıqda qiymətlər daha sürətlə artır”.

Sevinc Qarayeva 

 





04.03.2026    çap et  çap et