525.Az

İsrail ordusu sakinləri Livanın cənubunu tərk etməyə çağırıb


 

İsrail ordusu sakinləri Livanın cənubunu tərk etməyə çağırıb<b style="color:red"></b>

İsrail ordusu Hizbullaha qarşı əməliyyat çərçivəsində Livanın cənubunda yaşayan sakinləri hava hücumları barədə xəbərdarlıq edib.

525.az xəbər verir ki, bu barədə hərbi nümayəndə Avicay Edri X hesabında paylaşım edib.

O, livanlıları təhlükəli zonanı tərk etməyə çağırıb.

"Hizbullahın terrorçu fəaliyyəti İsrail ordusunu ona qarşı güc tətbiq etməyə məcbur edir. Sizə zərər vermək niyyətində deyilik və evlərinizi dərhal tərk etməyinizi tövsiyə edirik. Hizbullah yaraqlılarına, obyektlərinə və ya silahlarına yaxın olan hər kəs həyatını təhlükəyə atır. Livanın cənubundakı sakinlər ölkənin şimalına, Litani çayının o tayına doğru getməlidirlər", - xəbərdarlıqda vurğulanır.

Pərvanə Sultanova

 





04.03.2026    çap et  çap et